Bakıda sürücünü döyərək öldürən şəxslər tutulub

Bakıda sürücünü döyərək öldürən şəxslər tutulub

Hazırda oxunan: Bakıda sürücünü döyərək öldürən şəxslər tutulub

26219

Daxili İşlər Nazirliyi Bakının Nərimanov rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun, sərnişinləri N.Canıyev və M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində onun hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov, N.Canıyev və M.Abıyev saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO