Bakıda quldurluq hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Sumqayıt şəhər sakini F.Səbziyevin iyunun 21-də saat 4 radələrində idarə etdiyi “Saipa” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsin onu beşbarmaqla hədələyib 75 manat pulunu alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:54 / 22.06.2021
Bakıda sürücünü beşbarmaqla hədələyərək pulunu aldılar
Hazırda oxunan: Bakıda sürücünü beşbarmaqla hədələyərək pulunu aldılar
Hazırda oxunan: Bakıda sürücünü beşbarmaqla hədələyərək pulunu aldılar
25760
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.