Sahil Babayev şəhid ailələri və qazilərlə bağlı çağırış etdi - VİDEO

Sahil Babayev şəhid ailələri və qazilərlə bağlı çağırış etdi - VİDEO

Hazırda oxunan: Sahil Babayev şəhid ailələri və qazilərlə bağlı çağırış etdi - VİDEO

25635

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”na qoşulanların sayı artmaqda davam edir.

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artıq 100-dən çox işəgötürənin bu marafona qoşularaq vakansiyalarını elektron sistemə daxil etdiklərini bildirib, hər bir işəgötürəni bu aksiyaya qoşulmağa dəvət edib.

Qeyd edək ki, işəgötürənlər bu aksiyada fəal iştirak etməklə Vətən uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və həmin döyüşlərdə sağlamlıqlarını qurban vermiş qazilərimizin məşğulluğunun təminatına dəstək vermiş olurlar.

Nazirliyin başlatdığı marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını bu linkə daxil olmaqla göndərə bilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO