“Balamıza köməklik edin”  – Övladı qan xərçəngi olan valideynlər

“Balamıza köməklik edin” – Övladı qan xərçəngi olan valideynlər

Hazırda oxunan: “Balamıza köməklik edin” – Övladı qan xərçəngi olan valideynlər

256277
Qan xərçəngi xəstəliyindən əziyyət çəkən, hazırda İran İslam Respublikasında müalicə alan 3 yaşlı qızın valideynləri - Cəlal Məcidov və Şəhla Məcidova kömək üçün ölkə rəhbərliyinə – Prezident İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Milli Məclis Sədrinin müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradovaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya vəxa0 Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət ünvanlayıblar. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Sonsuz ümidlərlə və fəryadlarla dolu MÜRACİƏT

Möhtərəm cənab Prezident! Çox hörmətli I vitse-Prezident ! Əziz həmvətənlər!

Biz, Məcidovlar ailəsi, ilk öncə Sizləri salamlayırıq və bütün işlərinizdə ən xoş arzularımızı diləyirik. Çox-çox üzr istəyirik, lakin bu gün elə bir əlacsız vəziyyətdə qalmışıq ki, artıq göydə Allah-Təalaya, yerdə isə Sizlərə yalvararaq, xahiş edirik ki, bizə təcili köməklik edəsiniz.

Məsələ orasındadır ki, qızımız, 13.08.2014-ci il təvəllüdlü Məcidova Fatimə Cəlal qızı 07.10.2017-ci il tarixindən etibarən qan xərçəngi xəstəliyindən əziyyət çəkir. “Linfo Leykoz ALL” diaqnozu ilə hal-hazırda İran İslam Respublikasında qohum-əqrəbanın köməkliyi ilə müalicə olunur.

Bu müalicə ilə əlaqədar mən, Məcidov Cəlal öz daimi iş yerimdən çıxmalı oldum, evimizi dəyər-dəyməzinə satmalı olduq və övladımızı İrana gətirib müalicə etdiririk. Üç yaşından müalicə olunan körpə qızcığaz dəhşətli əzablar çəkir, lakin həyat uğrunda mücadilə edir, təslim olmur. Sadəcə olaraq iki ildir ki, mütəmadi müalicə olunan Fatimə qızımızın həyatda qalması üçün və çox güman ki, sonda tam sağalması üçün müəyyən maddi vəsait lazımdır.

Həmin maddi vəsaitin əldə olunmasında yaxından köməkliyinizə böyük ehtiyacımız var. Cənnətlik Heydər Əliyev körpə balalara böyük qayğı ilə yanaşırdı və onun varislərinin – İlham Əliyev cənablarının və Mehriban Əliyeva xanımın da daim bu körpələrə necə xüsusi diqqət yetirdiyini bütün dünya bilir.

Cənnətlik Heydər Babanın sevimli Nəvəsi Leyla xanım özü də razı olmaz ki, 5 yaşı hələ tamam olmamış bu körpə qızcığaz maddi çətinlik üzündən gözümüz görə-görə canını tapşırsın. Biz inanırıq ki, adi bir vətəndaş kimi, azərbaycanlı Ata və Ana kimi Sizlərə olan bu imdad və fəryad dolu müraciətimizdən sonra mütləq bir çarə tapılacaq və 4-5 yaşlı Fatimə qızımız Sizlərin maddi dəstəyinizlə tam müalicə olunaraq sağ-salim Vətəninə dönəcəkdir. Sizlərin də balalarınız, nəvələriniz var. Bir anlığa, iraq olsun, özünüzü bizim yerimizdə hiss edin. Qarşınızda diz çökərək imdad dolu fəryadla Sizlərdən çox-çox xahiş edirik ki, bizim balamıza köməklik edin, onu yenidən həyata qaytarın. Qarşınızda baş əyirik və öncədən Sizlərə təşəkkür edirik. Çox sağ olun! Allah-Təala Sizləri və doğmalarınızı qorusun ! Amin! Rəbbülaləmin !

Sonsuz ümidlərlə Məcidov Cəlal M.o. və Məcidova Şəhla Ə.q.

25 yanvar 2019-cu il. tel.(@WP)№ 0506937647 (Azərbaycan)

Bank Respublikada yardım üçün hesab №-ci 380194403204055603; ŞV16364990

İran İslam Respublikasında Əlaqə Tel. №-si +989147062377 və +989147062358″.
1345
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO