Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu

Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu

Hazırda oxunan: Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu

25563

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 

"Azərsu" ASC-nin binası qarşısında yolu keçən 62 yaşlı Əhmədov Bəhruz Mustafa oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. 

Qeyd edək ki, B.Əhmədov 5 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimidir. 

Hadisənin təfərrüatı araşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO