Tahir Kərimli Vəhdət Partiyasının (VP) sədrliyindən gedir.
Bizim.Media xəbər verir ki, bu barədə “qaynarinfo.az”a açıqlamasında VP-nin təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə deyib. Onun sözlərinə görə, sədr yerini gənclərə vermək istəyir:
"Tahir bəy deyir ki, bu günə günə kimi işlədik, daha bəsdir, indi yerimizi gənclərə verməliyik. Partiyaya yeni nəfəs gəlsin. Özü partiyadan getmir, hər hansı bir vəzifədə fəaliyyətini davam etdirəcək”.
Fəxrəddin Ağazadənin sözlərinə görə, əgər qarşıdakı illərdə parlament seçkiləri keçirilsə, Tahir Kərimli namizədliyini irəli sürəcək.
Aldığımız məlumata görə, Tahir Kərimli Vəhdət Partiyasının sədri vəzifəsini müavinlərindən birinə etibar edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:35 / 10.06.2025
Tahir Kərimli sədrlikdən gedir: Yerinə kim gələcək?
Hazırda oxunan: Tahir Kərimli sədrlikdən gedir: Yerinə kim gələcək?
Hazırda oxunan: Tahir Kərimli sədrlikdən gedir: Yerinə kim gələcək?
253928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.