Bu gün Əkizlər bürcündə Yeni ay yaşanır.
Əkizlər bürcü ünsiyyət, hər cür kommunikativ məsələlər, razılaşmalar, qısa səfərlər, təhsil və s. ilə bağlıdır. Tam olaraq 4 planet və cədvəlin yüksəlişi Əkizlər bürcündədir və xüsusilə də hakim planet Merkuri də Əkizlər bürcündədir ki, bu da ünsiyyət və zəka kimi məsələləri son dərəcə gücləndirir.
Bizim.Media “musavat.com”a istinadən bürcünüzə görə Yeni ayın təsirlərini təqdim edir:
Qoç
Yeni təhsil prosesinə bir addım atıb, ani səyahət planı qura bilərsiniz. Ağlınız iti olacaq və çıxışlarınız təsirli olacaq.
Buğa
Maliyyə məsələlərində yeni qərarlar qəbul edə, gəlirinizi artıracaq fürsətlərlə qarşılaşa bilərsiniz. Müqavilələrə diqqət yetirin!
Əkizlər
Bürcünüzdə baş verən bu Yeni Ay sizi diqqət mərkəzinə qoyur. Özünüzü ifadə etmək gücünüz artdıqca, tamamilə yeni bir dövr başlayır.
Xərçəng
Daxili şüur yüksəlir. Arxa planda qalan məsələlər üzə çıxa bilər. Meditasiya faydalıdır.
Şir
Dostluqlar vasitəsilə həyatınıza yeni insanlar daxil ola bilər. Sosial dairəniz böyüyür, komanda işi ön plana çıxır.
Qız bürcü
Karyeranızda qəfil fürsət yarana bilər. İnandırıcı bacarıqlarınız sayəsində diqqət çəkəcəyiniz bir dövrdəsiniz.
Tərəzi
Beynəlxalq əlaqələr, akademik məsələlər və ya hüquqi proseslərdə yeni addımlar ola bilər. Üfüqləriniz genişlənir.
Əqrəb
Dərin əlaqələr, ortaq maliyyə məsələləri və emosional dəyişikliklər bu Yeni ayda gündəminizdədir. Gizli sirlər üzə çıxa bilər.
Oxatan
Münasibətlərdə yeniliklərin vaxtıdır. Hazırkı münasibətiniz başqa səviyyəyə keçə bilər və ya həyatınıza yeni birisi daxil ola bilər.
Oğlaq
Gündəlik işinizdə, iş mühitinizdə və sağlamlığınızda yeni vərdişlər əldə etmək mümkündür.
Daha məhsuldar bir temp gəlir.
Dolça
Sevgi həyatınız canlanır! Bu, yeni flörtlər, yaradıcı layihələr və hobbilər üçün məhsuldar vaxt ola bilər.
Balıqlar
Ailə problemləri, köçmə və ya evlə bağlı yeni hadisələr ön plana çıxa bilər. Daxili rahatlıq axtarışınız artır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:17 / 27.05.2025
Bu bürclərə XƏBƏRDARLIQ - Dəyişikliklərə hazır olun
Hazırda oxunan: Bu bürclərə XƏBƏRDARLIQ - Dəyişikliklərə hazır olun
Hazırda oxunan: Bu bürclərə XƏBƏRDARLIQ - Dəyişikliklərə hazır olun
251568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.