Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edib vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO/VIDEO

Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edib vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO/VIDEO

Hazırda oxunan: Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edib vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO/VIDEO

251422

Paytaxtın Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzluq hadisələri qeydə alınıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
 

Məlumata görə, naməlum şəxs özünü ayrı-ayrı dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların evinə daxil olub və mənzillərində quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadaraq pul vəsaitlərini ələ keçirib.


Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanunazidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırma aparılır.

R.Əsgərovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO