TIR-EPD sisteminin tətbiqinə dair növbəti seminar keçirildi

TIR-EPD sisteminin tətbiqinə dair növbəti seminar keçirildi

Hazırda oxunan: TIR-EPD sisteminin tətbiqinə dair növbəti seminar keçirildi

250834

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BYD Konvensiyası ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən daşımalar zamanı BYD ilkin məlumat mübadiləsi sisteminin - TIR-EPD sisteminin tətbiqinə dair seminar keçirilib. Seminarda Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin əməkdaşları iştirak edib.
Seminar zamanı iştirakçılar Komitə sədrinin müvafiq sərəncamına uyğun olaraq, 2018-ci ilin 10 dekabr tarixindən 2019-cu ilin 10 yanvar tarixinədək pilot qaydada tətbiq edilməsi nəzərdə tutulan TIR-EPD sistemindən istifadə ilə bağlı təlimatlandırılıb, sistemin fəaliyəti, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi ilə bağlı əməliyyatlar izah olunub.
Bundan başqa, DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin əməkdaşı Rauf Quliyev TIR-EPD sisteminin gömrük orqanlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası və tətbiqi barədə iştirakçıları ətraflı məlumatlandırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO