Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun Samur qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Samur qəsəbə tam orta məktəbində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahəsinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlər içməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, uşaq bağçasının təmiri, kənd məktəbi və uşaq bağçasının mavi yanacaqla təminatı, qəsəbədaxili yolların təmiri, yeni salınmış məhəlləyə internet xəttinin çəkilməsi, yol nişanlarının quraşdırılması, işlə təminat və digər məsələlər ilə bağlı müraciətlərini ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı görüşdə qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Cəmiyyət
22:37 / 01.05.2025
Samur qəsəbəsi sakinlərinin müraciətləri DİNLƏNİLDİ - FOTO
Hazırda oxunan: Samur qəsəbəsi sakinlərinin müraciətləri DİNLƏNİLDİ - FOTO
Hazırda oxunan: Samur qəsəbəsi sakinlərinin müraciətləri DİNLƏNİLDİ - FOTO
247142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.