Aprelin 26-də evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb.
Bizim.Media-nın əldə etdiyi məlumara görə, onun üzərində zorakılıq əlaməti olmayan meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib.
MÖVZU İLƏ BAĞLI:
Qusar xəstəxanasının keçmiş həkimi İTKİN DÜŞDÜ
Faktı Qusar rayon prokurorluğu araşdırır.
Qeyd edək ki, Arif Uluxanov Qusar rayon Mərkəzi Xəstəxanasının həkimi olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu