Bir nəfər neçə dəfə PEYVƏND olunmalıdır? - Ekspertdən BƏD XƏBƏR

Bir nəfər neçə dəfə PEYVƏND olunmalıdır? - Ekspertdən BƏD XƏBƏR

Hazırda oxunan: Bir nəfər neçə dəfə PEYVƏND olunmalıdır? - Ekspertdən BƏD XƏBƏR

24539

Koronavirus əleyhinə vaksinasiya prosesində açıq qalan suallaran biri də peyvəndin iki dəfə, yoxsa daha çox vurulması ilə bağlı yaranıb.

Məlumdur ki, Ümümdünya Səhiyyə Təşkilatı, o cümlədən təşkilatın Bakı nümayəndəliyindən bildirilib ki, peyvənd olunanların 6 aydan sonra yenidən vaksinasiya olunmasına ehtiyac var. 
 

MÖVZU İLƏ BAĞLI:

Vaksinasiya koronavirus keçirənlər üçün təhlükəlidir? - AÇIQLANDI


Bu məsələ xüsusilə vaksinasiya məsələsinə ehtiyatla yanaşanlarda narahatlıq yaradıb. 6 aydan sonra peyvənd vurulmasına ehtiyac varmı? Əgər vurularsa, bu ehtiyac bundan sonrakı 6 ay üçün də yaranacaq? Proses nə qədər davam edəcək? 

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, koronavirusa yoluxan bir şəxs 6 aydan sonra yenidən yoluxa bilir: 

“Qanda antitellər 6 ay müddətində qalır. Daha dəqiq desək, 3 ay aktiv formada qalır, sonra təfricən azalmağa başlayır, 6 ay bitdikdən sonra isə tamamilə itir.


Ona görə də düşünürəm ki, 6 aydan sonra insanlar təkrar vaksinasiya olunmalıdırlar. Çünki bundan sonra xəstələnmə şansı yüksəkdir. Azərbaycanda hələ ki, iki mərhələdə vurulur, amma məncə 6 aydan sonra da təkrar vurulmasına zərurət yaranacaq”.

Üçüncü vaksinasiyadan sonrakı növbəti 6 ay ərzində zərurətin yaranıb-yaranmayacağına gəlincə, infeksionist deyib ki, əgər bu müddət ərzində pandemiya bitməsə, onda yenə də peyvənd vurulmalıdır.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO