Gəncədə böyük yanğın - Sakinlər təxliyə edildi

Gəncədə böyük yanğın - Sakinlər təxliyə edildi

Hazırda oxunan: Gəncədə böyük yanğın - Sakinlər təxliyə edildi

24523

Gəncədə yaşayış binasında yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bizim.Media xəbər verir ki, məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayış (ilkin ehtimala görə qaz sızması səbəbindən) baş verib.

Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı qonşu mənzilin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb.

Partlayışın zərbəsindən hər iki mənzilin divarları (arakəsmə divarlar) dağılıb, qapı və pəncərə çərçivəsi yerindən çıxıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO