Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq.
Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək.
“π-Puppid” (Pi-Göyərtə) meteor yağışı 1972-ci ildə kəşf edilən “26P/Grigg-Skjellerup” kometi ilə əlaqələndirilir. Radiantı (mənbəyi) Puppid (Göyərtə) bürcündə olduğu üçün bu adı alıb. Bu yağış 1977 və 1982-ci illərdə fəal olub, həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb.
Sonrakı illərdə fəallıq aşağı olub. Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən 18 km/s olacaq.
“π-Puppid” meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Bu meteor yağışı əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:41 / 08.04.2025
Əhalinin NƏZƏRİNƏ! Aprelin 15-dən 28-dək...
Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ! Aprelin 15-dən 28-dək...
Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ! Aprelin 15-dən 28-dək...
243018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.