Gəncədə kişi qadın paltarı geyinib uşaq OĞURLAYIR? – Rəsmi AÇIQLAMA/FOTO

Gəncədə kişi qadın paltarı geyinib uşaq OĞURLAYIR? – Rəsmi AÇIQLAMA/FOTO

Hazırda oxunan: Gəncədə kişi qadın paltarı geyinib uşaq OĞURLAYIR? – Rəsmi AÇIQLAMA/FOTO

242395

Sosial şəbəkələrdə guya qadın paltarı geyinərək uşaq oğurluğu ilə məşğul olduğu bildirilən iddialar yayılıb. Bəzi ali məktəblərdə tələbələr arasında bu şəkillər paylaşılaraq ehtiyatlı olmaları məsləhət görülüb. 

Məsələ ilə Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Regional qrupuna sorğu ünvanlayıb.
 

Qrupun baş inspektoru Eşqin Qasımovun bildirdiyinə görə sosial şəbəkələrdə Gəncə şəhərində uşaq oğurluğu ilə bağlı yayılan iddialar yalandır. Bununla bağlı polisə hər hansı bir məlumat daxil olmayıb: 


"Yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. İddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və 1971-ci il təvəllüdlü həmin qadın polis orqanına dəvət edilib.

Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə almasından ötrü Lənkəran Rayonlararası Psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib", - deyə E. Qasımov əlavə edib.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO