Sosial şəbəkələrə giriş üçün nə vaxtdan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ? – Deputatdan AÇIQLAMA

Sosial şəbəkələrə giriş üçün nə vaxtdan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Sosial şəbəkələrə giriş üçün nə vaxtdan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ? – Deputatdan AÇIQLAMA

241859

Müasir dövrümüzdə dünya əhalisinin təxminən 60%-i sosial şəbəkələrdən istifadə edir. Həyatımızın ayrılmaz hissəsinə çevirilən sosial şəbəkələr günümüzə rəng qatıb, bizə dünyadan xəbər tutmağımıza yardımçı olsa da, bəzən təhlükə də yarada bilir. Əlbəttə ki, bu təhlükənin mənbəyi elə məhz saxta hesablardan müxtəlif məqsədlər üçün  istifadə edən insanlardır.

Bəs bu təhlükələrin qarşısını almaq üçün sosial şəbəkələrə qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə baş tutması prosesi niyə tətbiq olunmur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən deputat Razi Nurullayev bildirir ki, artıq bütün dünyada sosial şəbəkələrdən istifadə ilə bağlı qanunvericilik aktları sərtləşdirilib:

“Doğrudan da sosial şəbəkələrdə müxtəlif saxta profillər  yaradılıb. Bu saxta profillər  bütün dünyada vətəndaşlar üçün  ciddi təhlükəyə cevrilib. Kimsə öz kimliyini gizlədərək insanların şəxsiyyətini aşağılayır, onları şantaj edir və məhz bu cür hadisələr nəticəsində nə qədər insan öz həyatına son qoyub, nə qədər insanların həyatı məhv olub. Əlbəttə ki, sosial şəbəkələrdə media, insan azadlığı deyib istənilən hərəkəti etmək olmaz”- deyə deputat bildirib.

Razi Nurullayev eyni zamanda diqqətə çatdırıb ki, bütün dünyada bu halların qarşısını almaq üçün ciddi tədbirlər görülür:

“Xüsusən də gənc nəslin sosial şəbəkənin neqativ təsirindən qorunmaları üçün addımlar atılır. Məsələn Avstraliyada bu yaxınlarda 16 yaşına qədər insanların sosial şəbəkə istifadəsinə məhdudiyyətlər qoyulması ilə bağlı qanun layihəsi qəbul edildi. Düşünürəm ki, Azərbaycanda da bununla bağlı bir qərar olmalıdır.

O ki qaldı şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrə daxil olmağa, mən istəməzdim ölkəmiz bu qərarı qəbul etməkdə ilk olsun. Dövlət  olaraq o şirkət sahiblərindən tələb etməliyik ki, onlar insanların öz sosial şəbəkələrində təhqir olmasının qarşısını almaq üçün yeni-yeni alqoritmlər yaratsınlar.

Hələ ki, şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrə daxil olmaqla bağlı bir qərar düşünülmür. Əgər qeyd etdiyim vasitələrlə bu problemlərin qarşısı alınmayacaqsa əlbəttə o halda daha sərt qərarlar mütləq ki, qəbul ediləcək”.

Razi Nurullayev sözügedən məsələni Milli Məclisin gündəliyinə daxil edəcəyini də vurğulayıb.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO