“Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq”

“Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq”

Hazırda oxunan: “Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq”

241207
Qarabağ əlillərinin həyat şəraitinin yaxşılaşdırılması, onlara daim qayğı göstərilməsi, onların sosial-məişət təminatlarının ödənilməsi həmişə gündəlikdə durmalı, cəmiyyətin diqqətində olmalıdır.xa0xa0

Son vaxtlar Qarabağ qazilərinin özlərini yandırması, intihar etməsi ilə bağlı məlumatlar yayılır. Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məsələylə bağlı Moderator.az-a açıqlama verib.

“Qarabağ əlilərinin problemləri deyəndə ilk öncə onu vurğulamaq istəyirəm ki, bu təbəqənin ən böyük problemi münasibət problemidir. Hara gediriksə 100 problemin 98-də ögeylik, biganəliklə qarşılaşırsan. Amma elə olmamalıdır. Halbuki, ölkə prezidenti cənab İlham Əliyev xüsusilə aprel döyüşlərindən sonra, Qarabağ veteranlarına istər maddi, istərsə də mənəvi cəhətdən dəstək oldu. Qarabağ əlillərinin problemiylə getdiyimiz ünvanda xoşagəlməz sifətlərlə qarşılaşırıq. Problemin kökündə bu dayanır. Düzdür, elə problem var ki, həll olunmaya bilər. Səni qarşılyan insanın ilk baxışdan sənə hörmətsizliyi, səviyyəsiz münasibəti səni sındırır. Qarabağ əlillərinin, şəhid ailələrinin, müharibə veteranlarınınxa0 bir nömrəli problemi ölkədə bu sahəyə aid olan insanlara müəssisə müdirlərinin, idarə rəislərinin laqeyd münasibətidir. Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq. Çox acıdır və bizə təsir edir. Ona görə də biz bu məsələni dəfələrlə qaldırmışıq. Cəmiyyətdə bu problemləri dəfələrlə qaldırırıq ki, əlillərə qarşı bu münasibət dəyişməlidir”.

Elşən Yəhyayev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO