Ucarda 4 otaqlı ev YANDI - FOTO

Ucarda 4 otaqlı ev YANDI - FOTO

Hazırda oxunan: Ucarda 4 otaqlı ev YANDI - FOTO

240578

Ucarda fərdi yaşayış evi yanaraq külə dönüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

Kənd sakini Zaur Cəbrayılova məxsus ümumi sahəsi 200 m² olan 4 otaqlı ev yanıb. Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamı ilə yanıb.

Hadisə yerinə FHN- nın Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisənin hanşı səbəbdən baş verməsi hələlik məlum deyil. Fakt araşdırılır.




Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO