"Jurnalistlərin binası"nda faciə - uşaq 16-cı mərtəbədən yıxıldı - YENİLƏNİB

Hazırda oxunan: "Jurnalistlərin binası"nda faciə - uşaq 16-cı mərtəbədən yıxıldı - YENİLƏNİB

24029

İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı prokurorluğa məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Səbail rayon prokurorluğundan məlumat verilib. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir. 

Qeyd edək ki, hadisə "Jurnalistlərin binası"nda baş verib. 

***

Bakıda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb.

Bizim.Media apa-ya istinadla xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb.

Binaya qonaq gələn ailənin 3 yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO