Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.
Bizim.Media xəbər verir ki, tamaşanın gedişində aktyor Elşən Əsgərov səhnənin dar olması səbəbindən ayağını zədələyib.
Bundan sonra aktyor tərəf müqabili aktrisa Ləman Mərrihdən, tamaşının quruluşçu rejissoru Əbdülqəni Əliyevdən və tamaşaçılardan üzr istəyərək tamaşanı davam etdirmək istəmədiyini bildirib.
E.Əsgərov uzun illərdir, YUĞ teatrının binasız qalmasını, buna laqeyd münasibəti ifadə edərək teatrın fəaliyyət göstərməsində yaranan çətinliklərdən danışıb.
Onun sözlərinə görə, hər tamaşa üçün lazım olan dekorativ əşyalar və digər lazımi avadanlıqlar səbəbindən səhnənin kulisində hərəkət etmək mümkün olmur. Bu da tamaşa zamanı aktyorların müxtəlif problemlə üzləşməsi ilə nəticələnir.
Qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının binası 2016-cı ildə sökülüb. Teatr həmin vaxtdan indiyədək fəaliyyətini Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında davam etdirir. (“Report”)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:40 / 16.03.2025
Aktyor zədələndi - YUĞ teatrında tamaşa dayandırıldı
Hazırda oxunan: Aktyor zədələndi - YUĞ teatrında tamaşa dayandırıldı
Hazırda oxunan: Aktyor zədələndi - YUĞ teatrında tamaşa dayandırıldı
239630
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.