Meyvə və tərəvəzlər əslində çəki artımına SƏBƏB OLURMUŞ

Meyvə və tərəvəzlər əslində çəki artımına SƏBƏB OLURMUŞ

Hazırda oxunan: Meyvə və tərəvəzlər əslində çəki artımına SƏBƏB OLURMUŞ

238995

Avstraliyalı qadın yüksək kalorili meyvə və tərəvəzlərdən imtina edərək 18 kiloqram arıqlayıb.

Bizim.Media xəbər verir ki, championat.com-a danışan avstraliyalı Dona Marş bildirib ki, illərdir sağlam qidalandığını düşünərək yediyi meyvə və tərəvəzlərin əslində çəki alaraq 93 kq-ya çatmasına səbəb olurmuş.
 

MÖVZU İLƏ BAĞLI:

Xərçəng və şəkər xəstəliklərinin qarşısını alan 2 giləmeyvə


Qadının sözlərinə görə, əvvəllər hər gün yediyi meyvə və tərəvəzlərin ideal pəhrizin əsasını təşkil etdiyini düşünürmüş, lakin yanılıb.

Belə ki, gün ərzində sadəcə meyvə və qaynanmış tərəvəzlər yeməklə o, heç bir kq da çəki ata bilməyib.

Diyetoloq ona gündəlik kkal qəbulunu 900-ə endirməyi və adi pəhrizini diversifikasiya etməyi nəzərdə tutan “The Fast 800” proqramını sınamağı təklif edib. 

Zamanla Marş müntəzəm olaraq təbii qatıq, salatlar, qızılbalıq, toyuq və qırmızı ət yeməyə başlayıb. Bir neçə ay ərzində isə 18 kq arıqlayıb.

“Mən tamamilə sağlam olduğumu düşünürdüm və niyə arıqlamadığımı anlamırdım. Çünki əsasən meyvə və tərəvəz yeyirdim. Sonra problemin rasionumda olduğunun fərqinə vardım. Problem onda idi ki, mən şəkər və karbohidrat qəbul edirdim, lakin zülallardan uzaq idim”, - Dona izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO