"Dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə də bir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur".
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə xəbərdarlığında qeyd edilib.
Bildirilib ki, sinoptiklərin məlumatına görə, martın 4-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq, avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:13 / 03.03.2025
Yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ
237501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.