Soyuq aylarda infeksiya və respirator viruslar aktivləşir. Bunların arasında ən təhlükəlisi isə qrip virusudur. Bəzi mütəxəssislər hesab edir ki, qarlı havalarda infeksiyalar məhv olur və insan orqanizmi belə təhlükələrdən xilas olur. Buna görə də bir çox insan son günlər müşahidə olunan qarlı havaya xüsusi olaraq sevinir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist Mərdan Əliyevin sözlərinə görə son vaxtlar “Rotavirus” və “Adenovirus” kimi xəstəliklər yayılıb.
Ancaq qarlı havanın belə infeksiyaların, bakteriyaların məhv olmasına təsiri yoxdur. Ancaq dolayı yolla onların yayılma sürətini azalda bilər. Çünki soyuq havada həmin virusların inkişafı zəifləyə bilər. Amma bu o qədər də əhəmiyyətli bir dəyişiklik deyil”.
Mərdan Əliyev deyir ki, əksinə, isti, günəşli havanın bakteriyaların məhv olmasında rolu var.
“Günəşin, aktivliyin artmasıyla bakteriyalar, viruslar zəifləyib, məhv olurlar”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:30 / 24.02.2025
“Qarlı hava bakteriyaları məhv etmir, əksinə...” – İnfeksionistdən XƏBƏRDARLIQ
Hazırda oxunan: “Qarlı hava bakteriyaları məhv etmir, əksinə...” – İnfeksionistdən XƏBƏRDARLIQ
Hazırda oxunan: “Qarlı hava bakteriyaları məhv etmir, əksinə...” – İnfeksionistdən XƏBƏRDARLIQ
236310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.