Gürcüstanlı keşişlər Azərbaycana gəlir – Təcili SƏBƏB NƏDİR?

Gürcüstanlı keşişlər Azərbaycana gəlir – Təcili SƏBƏB NƏDİR?

Hazırda oxunan: Gürcüstanlı keşişlər Azərbaycana gəlir – Təcili SƏBƏB NƏDİR?

23601

Gürcüstan Patriarxlığının nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Gürcüstandakı səfirliyində keçirilən Gürcüstan Patriarxlığının nümayəndələri ilə görüşdə qərara verilib.  

Görüşdə Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor, Patriarxlığın Xarici əlaqələr şöbəsinin rəhbəri, mitropolit Gerasim və Tbilisi Ruhani Akademiyasının rektoru, protopresviter Georgi iştirak edib. 

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyevin də qatıldığı görüş zamanı Gürcüstan Patriarxlığının nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə edilib. 

Söhbət əsnasında həmçinin Azərbaycan və gürcü xalqları arasında tarixən formalaşmış mehriban qonşuluq, qardaşlıq münasibətləri xüsusi vurğulanıb, Gürcüstan Patriarxlığının nümayəndə heyətinin Azərbaycana planlaşdırılan səfərinin bu münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi olması qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO