Azərbaycanda ikinci ali təhsil “XƏSTƏLİYİ”   - Ən çox bu sahələrə maraq var

Azərbaycanda ikinci ali təhsil “XƏSTƏLİYİ” - Ən çox bu sahələrə maraq var

Hazırda oxunan: Azərbaycanda ikinci ali təhsil “XƏSTƏLİYİ” - Ən çox bu sahələrə maraq var

235872
Daha yaxşı iş arzusunda olanlar və bəzən də bir işlə kifayətlənməyənlər adətən ikinci ali təhsil almağa üstünlük verirlər.xa0 Bu baxımdan son illər ölkədə əlavə təhsillə maraqlananların, ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə edilir.

Hüquq, bağça müəllimliyi....

Moderator.az xəbər verir ki, təhsil ekspertixa0 Kamran Əsədov AzEdu.az saytına danışarkənxa0 ikinci ali təhsilə yaranan marağın səbəblərindən söz açıb:

“Hazırda Azərbaycanın 54 ali təhsil müəssəsindəxa0 birinci pillə bakalavrda təhsil alanların sayı 164 min nəfərdir. Söhbət Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanları yolu iləxa0 birinci bakalavr təhsili alanlardan gedir. Təbii ki,xa0 əksəriyyətxa0 birinci bakalavr pilləsində istədikləri ixtisas üzrə təhsil alaxa0 və təhsil aldıqları ixtisas üzrə də əmək bazarında iş tapa bilmirlər. Bugünkü reallıq ondan ibarətdir ki, kimsə bu və ya digər ixtisas üzrəxa0 ali məktəbə qəbul olunur, 4 ildən sonra onun işlə təmin olunması imkanı aşağıdır. Qeyd edim ki, hazırdaxa0 universitetəxa0 bir il ərzində qəbul olan abitruyentlərin sayı 2018-ci ildə 45 min olacaq. 2017-ci ildəxa0 bu rəqəm 42 min olub. Yəni bu qədərxa0 insanın yalnız 42xa0 faizi 4 ildən sonra əmək bazarında işlə təmin olunacaq, yerdə qalan 58 faiz isə diplomlu işsiz ordusu olaraq əmək bazarına daxil olacaq.xa0 Məhz onlar daxa0 tutalım ki, hansısa ixtisas üzrə - zootexnik, baytar, maşınqayırma , meşəçi və.s – tipli ixtisaslara qəbul olur , daha sonra iş tapa bilmir və yaxa0 işi ixtisası üzrə olmur, əmək haqqı aşağı olur. Belə olanda halda həmin şəxslər məcbur olub hüquq- mühafizə orqanlarına, hərb sahəsinə, ədliyyə sisteminə müraciət edir və bu zaman onların ikincixa0 ali təhsil almağa ehtiyac yaranır”.

“Qəbulxa0 olmanın asanlığı insanlarınxa0 bu sahəyə meylini artırıb”

K.Əsədov qeyd edib ki, ikinci ixtisas təhsili üzrə ən çox maraqxa0 hüquq və müəllimlik ixtisası üzrədir:

“Çünki onların birinci ixtisasda işlə təmin olunma imkanları məhdud olduğuna görə, ikinci ixtisasda bu sahələri seçirlər.xa0 Bu gün ən populyar ikinci ali təhsilxa0 ixtisaslarında birinci yerdə hüquq, ikinci yerdə müəllimlik, üçüncü yerdə bağça-ibtidai sinif müəllimliyidir. Səbəb isə asan olmasıdır. 4 il əvvəl abituriyentlərə deyirlər ki, siz TQDK yolu ilə hansı ixtisasa qəbul olursunuzsa-olun, ikincixa0 qəbulda bu daxili qaydada olacaq. Hətta bəzi hallarda ikinci ali təhsil üzrə qəbulxa0 zamanı neqativlər də mümkündür. Yəni qeyri- qanuni tələblər deməzdim, əslində bu, qanuni yoldur. Ancaq bu,xa0 pulla və ya tapşırıqla həyata keçirildiyinə görəxa0 asandır.xa0

DİM-nin sistemi ilə qəbulda bu pul mümkün olmadığından, insanlar birinci təhsilini bu və ya digər zəifxa0 ixtisasda alırlar, ikincidə isə prestijli və perspektivlixa0 ixtisaslara universitetlərin daxili qaydasındaxa0 rahatlıqla qəbul ola bilirlər.xa0 İkinci təhsilə maraq da məhz bu səbəbdəndir. Qəbulxa0 olmanın asanlığı insanlarınxa0 bu sahəyə meylini artırıb”.

“Universitetlərin daxili qaydada qəbul prosesinixa0 aradan qaldırmaq lazımdır”

Təhsil eksperti bildirib ki, əlavə təhsillə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir:

“Birincisi, əlavə təhsilxa0 və ya ikinci ali təhsil ixtisas yaxınlığı əsasındaxa0 olmalıdır. Kimsə birinci dəfəxa0 baytarlıq oxuyur, ikincidə isə hüquq. Bu gün siz icra hakimiyyəti, dövlət qulluğu sistemində, hətta hakimlərimizin arasında birinci təhsili tamam başqa, ikinci təhsili hüquq olanları görə bilərsiniz. Azərbaycan reallığında hər birimiz onların necə hüquqa qəbul olduğunu bilirik. Kifayət qədər belə hallar var.xa0

O ixtisaslara ikinci təhsilə imkan vermək olar ki,xa0 əmək bazarında ona ehtiyac var. Halbuki bizim birinci bakalavr ali təhsilimiz,xa0 kifayət qədər ixtisaslı kadrımız var. Kimlərsə birinci təhsildə baytarlıq oxuyub, sonra ibtidai sinif müəllimliyini oxuya bilir. Məhdudiyyət yoxdur. Kimlərsə əlavə təhsillə gəlib rahatlıqla iş tapa bilirlər. Düşünürəm ki, bu məsələni DİM həyata keçirməlidir.

Universitetlərin daxili qaydada qəbul prosesini tamamilə aradan qaldırmaq lazımdır. Ən azından bu proses DİM-ə verilərsə, həm şəffaflıq, həm də əlçatanlılıq təmin olunacaq”.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO