Rusiyalı ekspertdən sərt AÇIQLAMA: “Jurnalistlərin ölümünün günahkarı Ermənistan rəhbərliyidir”

Rusiyalı ekspertdən sərt AÇIQLAMA: “Jurnalistlərin ölümünün günahkarı Ermənistan rəhbərliyidir”

Hazırda oxunan: Rusiyalı ekspertdən sərt AÇIQLAMA: “Jurnalistlərin ölümünün günahkarı Ermənistan rəhbərliyidir”

23528

Azərbaycanın media nümayəndələrinin Kəlbəcər rayonunda tank əleyhinə minaya düşərək həlak olmalarının günahkarı minalanmış ərazilərin xəritələrini hələ də təqdim etməyən Ermənistan rəhbərliyidir.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.

Politoloqun sözlərinə görə, İrəvan ilk dəfə deyil ki, beynəlxalq hüquq normalarını pozur, amma hazırkı vəziyyət artıq xaosa çevrilib.

Yevgeni Mixaylov vurğulayıb ki, mina təhlükəsi ilə bağlı məsələ ən yüksək səviyyələrdə Ermənistanın qarşısında qaldırılmalıdır.

Rusiyalı politoloq əlavə edib ki, Ermənistan tərəfinin əldə olunmuş razılaşmaları yerinə yetirməməsi, mina xəritələrini təqdim etməməsi Azərbaycan vətəndaşlarının həlak olması ilə nəticələnən faciəli hadisələrə gətirib çıxarır.

“Rusiya, Azərbaycan, Türkiyə və Qarabağ məsələsinin həllində maraqlı olan digər güclər başqa xalqlara qarşı nifrəti təbliğ edən, faşizmi qəhrəmanlaşdıran, öz neofaşist ideologiyası səbəbindən kənarda qalmış Ermənistana təzyiqlər göstərmək üçün tədbirlər görməlidir", - deyə Mixaylov qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olublar. (azvision.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO