Biznesin İnkişafı Agentliyində yeni təyinatlar

Biznesin İnkişafı Agentliyində yeni təyinatlar

Hazırda oxunan: Biznesin İnkişafı Agentliyində yeni təyinatlar

232302
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədovun İqtisadiyyat Naziri ilə razılşadırılmış müvafiq əmri ilə sədrin müavini vəzifəsinə təyinatlar olub.

Müvafiq əmrlə Həsənov Natiq Namiq oğlu Agentlik sədrinin birinci müavini, Nadir Adil oğlu Adilov sədrin müavini və Elçin Arzu oğlu İbrahimov sədrin müavini vəzifəsinə təyin ediliblər.

Hər üç şəxs eyni zamanda KOBİA İdarə Heyətinin üzvü vəzifəsinə də təyin olunublar.

Qeyd edək ki, Natiq Həsənov İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini, Nadir Adilov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müşaviri, Elçin İbrahimov İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb.xa0

Nadir Adil oğlu Adilov

Elçin Arzu oğlu İbrahimov

Həsənov Natiq Namiq oğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO