Şimal bölgəsi rayonlarında səhər saat 8-dən başlayan bələdiyyə seçkiləri davam edir.
59 saylı Quba dairəsinin Xınalıq kəndindəki 13 saylı məntəqəsində də səhər saatlarından fəallıq müşahidə olunur. Xınalıqlılar yaşayış məntəqəsinin ətraf kəndlərinin əhalisini narahat edən problemlərin həllinə çalışacaq yerli idarəetmə orqanı üzvlərini seçmək üçün məntəqəyə gəlməkdədir.
59 saylı Quba dairə Seçki komissiyasının sədri Mübariz Abasov Bizim.Media-ya bildirib ki, 11 bələdiyyə üzrə 125 bələdiyyə üzvlüyü uğrunda 257 nəfər mübarizə aparır. Səhər saat 10-a olan məlumata görə, seçicilərin 8,5 faizi səsvermədə iştirak edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosi