Dünyada kişilər, bizdə isə qadınlar AZALIR – Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR?

Dünyada kişilər, bizdə isə qadınlar AZALIR – Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR?

Hazırda oxunan: Dünyada kişilər, bizdə isə qadınlar AZALIR – Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR?

231318

Dünyanın bəzi ölkələrində demoqrafik vəziyyət olduqca maraqlı vəziyyət alıb. Elə ölkələr var ki, orada kişi çatışmazlığı açıq şəkildə görünür. Məsələn, Monqolustanda və Ukraynada hər 6 qadına 1 kişi düşür. Bu da olduqca narahatedici vəziyyətdir.

Azərbaycanda isə vəziyyət tam fərqlidir. Dövlət Statistika Komitəsinin məlumatına görə ölkədə hər 100 qadına 114 kişi düşür. Qadın-kişi nisbəti ilə bağlı ən narahatlıq doğuran məsələ isə yeni doğulan uşaqlarla bağlıdır. Rəsmi statistikaya əsasən, ötən ilin yanvar-noyabr aylarında doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub.

Bu isə gələcəkdə ciddi demoqrafik problemlərin anonsunu verir...

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sosioloq Üzeyir Şəfiyev deyib ki, hazırda Azərbaycanda oğlan və qızların say tərkibi bir sıra ölkələrdən fərqlidir:

“Bu da onunla bağlıdır ki, ənənəvi cəmiyyət olaraq bizdə hər zaman selektiv abort olub. Son 7 ildə isə selektiv abortun səviyyəsinə görə dünyada lider ölkəyik. Buna görə də selektiv abort  gender balansını oğlanların xeyrinə dəyişib. Nəzərə alaq ki, ötən il 73 mindən artıq abort qeydə alınıb. Bununda xeyli hissəsi selektiv abortdur.

Son statistikaya görə ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Yeni doğulanların statistikasını da təhlil edərkən görürük ki, doğulan hər 100 qıza 114 oğlan düşür. Bu da o deməkdir ki, getdikcə yeni doğulanların çoxu oğlan uşaqlarıdır. Bu həm də selektiv abortların yüksək səviyyədə qalmasının sübutudur”.

Müsahibimiz bioloji normaya görə, hər 100 qıza 102-106 oğlan usağının düzgün nisbət olduğunu bildirib:

“Amma bizdə oğlanların faiz göstəricisi xeyli yüksəkdir. Bu da onu göstərir ki, selektiv abort ölkəmizdə problem olaraq qalır. Selektiv abort əsasən ailə planlaşdırması ilə bağlıdır. Son zamanlar ailələr 1 və 2 uşaqla kifayətlənir. Birinci uşağın abort edilməsi şansı olmadığına görə selektiv abort Azərbaycanda tədricən azalacaq.

Qızların oğlanlara nisbətən say azlığı əsasən 29-30 yaşa qədər insanlar arasındadır. 30 yaşdan yuxarı əhali arasında isə qadınlar çoxluq təşkil edir. Yaşlı nəsildə isə birmənalı şəkildə qadınlar böyük say üstünlüyünə malikdirlər. Beləliklə, ümumi əhali üzrə hər 100 kişiyə 109 qadın düşür. Ona görə də Azərbaycanda kişilərin qadınlara nisbətən daha çox olması ilə bağlı ciddi bir problem yoxdur.

Orta perspektivdə selektiv abort ölkəmizdə indiki qədər populyar olmayacaq. 

Çünki yaxın gələcəkdə ailədə 1 və yaxud 2 uşağa üstünlük veriləcək. Belə vəziyyətdə ilk uşağın abort edilməsi riskli hesab edilir. İkinci uşaqda isə risk 30 faizdən yüksəkdir. Lakin ailədə 1 və yaxud 2 uşağın olması son nəticədə əhalinin azalmasına səbəb olacaq. Çalışıb çoxuşaqlılığı təşviq etmək lazımdır. Nəzərə alaq ki, 2023-cü ildə əhalinin təbii artımı əvvəlki illə müqayisədə 15 faiz aşağı düşüb. Bu mənada, ölkəmiz üçün demoqrafik artım zəruridir”.  

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO