Şirvan şəhər sakini Cəmaləddin Məmmədzadə aralarında yaranmış mübahisə zəminində tanışı Amid Əliyevə kəsici-deşici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya bildirilib ki, C.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə Şirvan şəhəri İ. Qayıbov küçəsində baş verib.
Bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan yaralı Şirvan xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Bizim.Media