Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI

Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI

Hazırda oxunan: Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI

230393

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və  Dövlət Tərcümə Mərkəzinin ləğvinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, dövlət qurumları ləğv prosesi ilə bağlı kreditorlara müraciət edib. 

Kreditorlar iki ay ərzində tələblərini 1033 Bakı şəhəri şəhəri, Nərimanov rayonu rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121 A, mənzil - ünvanına bildirə bilərlər. 
 

Qeyd edək ki, Prezident İlham Əliyev noyabr ayında iki qurumun ləğvi ilə bağlı sərəncam imzalayıb. 


Nazirlər Kabineti qurumların ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görməli, publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Hökumət, həmçinin sözügedən publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO