“Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev yerli televiziya kanallarına müsahibə VERDİ - FOTO/VİDEO
Dövlətimizin başçısı, eyni zamanda, qeyd edib ki, bununla bərabər, Bakı şəhərində yeni yol infrastruktur layihələrini icra etmək üçün artıq ilk 7-8 layihə seçilib, beynəlxalq mütəxəssislər cəlb edilib.
Bakı şəhərinin avtobus parkının elektrobuslarla əvəzlənməsi prosesinin də başladığını vurğulayan Prezident bildirib:
“Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq”.
Bizim.Media