Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsilalanların təqaüdləri 2 aydır ki, ödənilmir.
Bu barədə Bizim.Media-ya sözügedən təhsil mərkəzinin tələbələrindən şikayət daxil olub.
Belə ki, dekabrın əvvəlindən bəri tələbələrin təqaüdləri ödənilməyib. Həmçinin, digər təhsil müəssiələrində Yeni illə əlaqədar təqaüdlər tez köçürüldüyü halda, adıçəkilən müəssiədə hələ də heç bir köçürülmə həyata keçirilməyib.
Tələbələrin narazı olduğu əsas məqam budur ki, bu hal ilk dəfədir ki, yaşanmır. Daha əvvəl də təqaüdün 2 ay gecikdirildiyi olub.
Bəs problem nədən qaynaqlanır?
Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR və Kommunikasiya üzrə sektor müdiri Aytən Səfərəliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd edilən Peşə Təhsil Mərkəzində təqaüdlərin 2024-cü ilin noyabr dekabr ayları üçün ödənilməsi planlaşdırılsa da, vəsait çatışmazlığı səbəbindən 2025-ci ilin yanvar ayında ödəniləcək.
“Həmçinin, ödənilməyən ayların təqaüdünün də həmin vaxtda ödənilməsi nəzərdə tutulub”, - deyə Agentlik rəsmisi qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 07.01.2025
Bakıda Peşə Təhsil Mərkəzinin tələbələrinə niyə iki aydır təqaüd verilmir? – ŞİKAYƏT
Hazırda oxunan: Bakıda Peşə Təhsil Mərkəzinin tələbələrinə niyə iki aydır təqaüd verilmir? – ŞİKAYƏT
Hazırda oxunan: Bakıda Peşə Təhsil Mərkəzinin tələbələrinə niyə iki aydır təqaüd verilmir? – ŞİKAYƏT
228878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.