AZAL-ın təyyarəsinin “qara qutu”ları ilə bağlı YENİ MƏLUMAT

AZAL-ın təyyarəsinin “qara qutu”ları ilə bağlı YENİ MƏLUMAT

Hazırda oxunan: AZAL-ın təyyarəsinin “qara qutu”ları ilə bağlı YENİ MƏLUMAT

228872

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin uçuş registratorlarından şifrələnmiş məlumatların öyrənilməsinə başlandığını elan edib.

Bizim.Media xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL təyyarəsinin “qara qutu”ları deşifrə olundu


Bildirilib ki, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutularının” dekodlaşması ilə məşğul olan mütəxəssislər yaxın günlərdə oxunmuş məlumatlarla Astanaya gələcək.

Qeyd olunub ki, gələn kimi mütəxəssislər dərhal şifrəsi açılmış məlumatların öyrənilməsinə başlayacaqlar.

Daha əvvəl bildirilmişdi ki, Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Təhlil Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin “qara qutu”larının deşifrəsini başa çatdırıb və məlumatlar qəzanı araşdıran Qazaxıstanın hakimiyyət orqanlarına göndərilib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO