Ən qısa məsafəyə belə avtomobillə gedənlər - Maşın sürmək tənbəllik yaradır?

Ən qısa məsafəyə belə avtomobillə gedənlər - Maşın sürmək tənbəllik yaradır?

Hazırda oxunan: Ən qısa məsafəyə belə avtomobillə gedənlər - Maşın sürmək tənbəllik yaradır?

228734

Avtomobil istifadəçilərinin sayı günbəgün artmaqda davam edir. İnsanlar rahatlıq üçün avtomobillərə üstünlük verirlər. Tıxaclara rəğmən rahatlıqlarından imtina etmək istəmirlər. Maraqlısı odur ki, sürücülər ən qısa məsafəyə belə, marketə, zibil atmağa, yaxınlıqdakı aptekə, piyada 5-6 dəqiqə vaxt alacaq hər yerə maşınla getməyə çalışırlar.

Bu həm də şəhərin mərkəzində parkinq problemi yaradır. Kifayət qədər parklanma üçün yerlər, qarajlar olmasına baxmayaraq, hər kəs gedəcəyi yerə ən yaxın olan parkinqdə saxlamaq istədiyi üçün əlavə tıxac yaranır.
 

MÖVZU İLƏ BAĞLI:

Elektrik benzinə qalib gələ bilmir - Minimum 10 il vaxta ehtiyac var


Maşın sürmək tənbəllik yaradır?

Tibb eksperti, professor Adil Qeybulla Bizim.Media-ya bildirib ki, Azərbaycanda insanlar daha az hərəkət edirlər. Passiv həyat tərzi keçirənlərin çoxunu da elə avtomobil sürücüləri təşkil edir.

“İnsanlar az qida qəbul etməli, çox hərəkət etməlidirlər. Maşından istifadə etmək o demək deyil ki, insan piyada gəzməməlidir. Yediyimiz qida qədər də kalori yandırmalıyıq, idman, fiziki hərəkətlər etməyə üstünlük verməliyik, gəzintilərə çıxmalıyıq. Nə qədər ki, fiziki aktivlik qidadan azdır o əlavə çəkiyə, şəkərli diabetə, mübadilənin pozulmasına gətirib çıxarır. Maşın sürüb tənbəllikdən heç yerə piyada getməmək ziyanlıdır”.  

Azərbaycanda nə qədər avtomobil var?

Qeyd edək ki, 2024-cü ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda 1 milyon 738 min 940 ədəd avtomobil var. Son bir ildə avtomobillərin sayı 93,7 min ədəd artıb. Bu sayın artması daha çox minik avtomobillərinin hesabına baş verib. Minik avtomobillərinin sayı ilk dəfə olaraq 1,5 milyon ədədi keçib.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO