Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Kərgəlan kəndi ərazisində qeydə alınıb.
"Lada Priora" və "KİA Optima" markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Xaliq Heybət oğlu İsmayılzadə və 1971-ci il təvəllüdlü Yeganə Abasət qızı İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu