Saray körpüsü nə vaxtadək bağlı qalacaq? – RƏSMİ AÇIQLAMA

Saray körpüsü nə vaxtadək bağlı qalacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Saray körpüsü nə vaxtadək bağlı qalacaq? – RƏSMİ AÇIQLAMA

225837

Xəbər verdiyimiz kimi Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş körpü sökülərək yenidən tikiləcək.

Bununla bağlı Nəqliyyatı Əlaqələndirmə Şurası qərar qəbul edib. Nəzərə alaq ki, bu körpü təkcə Sumqayıtla Abşeron rayonunu yox, həm də Bakıyla birləşdirən əsas 2 yoldan biridir. Üstəlik, son illər Saray-Corat, Saray-Sumqayıt arasında salınan yeni yaşayış massivlərindəki əhali ancaq bu körpüdən istifadə edir. Ona görə də bu körpünün söküntüsü xeyli sayda problemə yol açacaq.

Bəs, tikinti işlərinin nə zaman yekunlaşdırılması nəzərdə tutulur?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya bildirib ki, söküntü işləriylə əlaqədar bu gün saat 24 radələrindən etibarən körpü üzərindən hərəkət dayandırılacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Körpünün sökülməsi ilə bağlı Sumqayıt-Saray istiqamətində hərəkət edən marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ


“Sürücülərə alternativ yollar təklif olunur. İlkin mərhələdə kommunikasiya xətləri dəyişdiriləcək. Tikintinin nə zaman sonlandırılacağı ilə bağlı hələlik fikir demək çətindir”.

Qeyd edək ki, söküntü və təmir işləri ilə əlaqədar AYNA tərəfindən ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi də müvəqqəti olaraq dəyişdiriləcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO