Azərbaycanda 5G şəbəkəsi tətbiq olunur? – “Azercell”dən AÇIQLAMA

Azərbaycanda 5G şəbəkəsi tətbiq olunur? – “Azercell”dən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda 5G şəbəkəsi tətbiq olunur? – “Azercell”dən AÇIQLAMA

22560

"Azercell Telekom" ilk dəfə ötən il dekabrın əvvəlində 5G şəbəkəsini pilot olaraq Bakının mərkəzində istifadəyə verib. Şəbəkə ilk olaraq Fəvvarələr meydanını əhatə edib. Hətta yeni şəbəkənin təqdimatında çıxış edən “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev qeyd etmişdi ki, şirkət dekabrın əvvəlindən etibarən 5G şəbəkəsini dəstəkləyən mobil telefonların satışına başlayacaq. Müştərilər bu telefonları əldə edərkən onlara ödənişsiz şəkildə 5G texnologiyasını dəstəkləyən SİM-kartlar da təqdim olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

“Azercell”in  şəbəkəsində problemlər yaşanır - SƏBƏB?


Bizim.Media olaraq 5G şəbəkəsi ilə bağlı işlərin nə yerdə qaldığını öyrənmək üçün “Azercell”ə əlaqə saxladıq.

Cavab olaraq bildirildi ki, 5G şəbəkəsi yalnız şəhərin mərkəzində var. O da ki, pilot versiyadır. Yəni, istəyənlər gedib, sınaya bilərlər. 

Sözügedən şəbəkəni dəstəkləyən mobil telefonların satışı isə hələlik real deyil. Çünki ölkədə 5G tətbiq edilməyibsə, adı çəkilən şəbəkəni dəstəkləyən mobil telefonların Azərbaycana gətirilməsi və satışı mənasızdır. Ən müasir texnologiyanı dəstəkləyən SİM-kartlar da satışa buraxılmayıb. Çünki “Azercell” 3G-dən 4G-yə hələ keçmək prosesindədir. Bunun üçün isə bu operatorun bütün istifadəçiləri nömrələrinin 4G-ni dəstəkləyən təkrarını çıxartdırmalıdırlar. 

Xatırladaq ki, 5G şəbəkəsi insanlar arasında birmənalı qarşılanmır. Çünki hazırda yaşanan pandemiyanın sırf bu şəbəkə dalğaları ilə idarə olduğu barədə məlumatlar yayılırdı. Qısaca desək, pandemiyanın 5 dalğası və 5G...

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO