“Azər diliylə deyil, sazıyla haray çəkəndə varlı-imkanlı adamlar öz kefində idi”

“Azər diliylə deyil, sazıyla haray çəkəndə varlı-imkanlı adamlar öz kefində idi”

Hazırda oxunan: “Azər diliylə deyil, sazıyla haray çəkəndə varlı-imkanlı adamlar öz kefində idi”

225005
“Azər Xanlaroğlunun ölümü ruhumu alt-üst etdi”.xa0

xa0Moderator.az xəbər verir ki, bu sözləri şair Məmməd İsmayıl bu gün dünyasını dəyişən aşıq Azər Xanlaroğlunun ölüm xəbərinə münasibət bildirərkən deyib. M.İsmayıl bildirib ki, buna görə hamımız günahkarıq:

“Bu məşum ölüm gözlənilən olsa da, onunla barışmaq mümkün deyil. Bu ölümdə sadəcə alın yazısı, bəxt yox, biz hamımız günahkarıq. Azər diliylə deyil, sazıyla haray çəkəndə varlı-imkanlı adamlar öz kefində idi.Halbuki elliklə ona dəstək olsaydıq, ölümlə heç cür barışmaq istəməyən (o yaşda ölünürmü?) bu zamansız və amansız ölümü bəlkəsiz ən azından bir müddət əngəlləyə bilərdik.

Azər hər yönü- istər sənəti, istərsə də şəxsiyyəti ilə zamanı qabaqlamış adamdı. Hələ 2014-cü ildə 70 illik yubileyimdə, şərtlərin o sərt zamanında kimsənin edə bilmediyi elə gedişlər edəcəkdi ki?!
Azərin sazından başqa gücü çatacaq bir şeyi olmadığından həm özünün, sazının, həm də onu duyanların bağrını çatladırdı. Gücü sazına və özünə çatan adam başqa nə edə bilərdi ki?! Milli dəyərini qiymətləndirə bilməyən toplumların sonu hüsran olur.Yardım əlini uzatmayan, uzatmaq istəməyən imkan sahibləri utansın”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO