Göyçayda fərdi yaşayış evi yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaraxıdır kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 28 yaşlı Mahmudov Tural Süleyman oğluna məxsus ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN-nin Göyçay rayom Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın sönürülüb və evə bitişik talvar yanğından mühafizə olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu