ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anıldı

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anıldı

Hazırda oxunan: ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anıldı

223295

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Barelyefin önünə əklil qoyulub. Terror qurbanlarının xatirəsini dərin ehtiramla yad edən tədbir iştirakçıları barelyefin önünə gül dəstələri düzüblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu dəhşətli hadisənin hər kəsin qəlbində dərin iz buraxdığını bildirib. ADNSU-nun həmin gün çox qiymətli müəllim və tələbələrini itirdiyini deyən rektor M.Babanlı onların xatirəsinin daim əziz tutulacağını qeyd edib. Sonra tədbir iştirakçıları 30 aprel terror qurbanları haqqında xatirələrini bölüşüblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO