Dünyanın diqqqəti Bakıda keçirilən COP29 kimi möhtəşəm bir tədbirə yönəldiyi vaxtda alternativ enerjidən istifadə məsələsi yenidən aktuallaşıb.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, ölkəmizdə kiçik sahibkarlar, fermerlər tərəfindən də bərpaolunan enerji ilə bağlı maraqlı addımlar atılıb.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvar fermerləri ÇƏTİN DURUMDA – Xəstəlik səbəbindən pomidor sahələrdə ÇÜRÜDÜ – FOTO
Qusarın Aşağı Ləyər kəndində yaşayan fermer Bəhruz Şıxbalayev artıq 5 ildir ki öz təsərrüfatında günəş panellərindən istifadə edir.
O, günəş panelinin alınmasına və quraşdırılmasına ümumilikdə 5000 manat pul xərcləyib.
Fermerin bağındakı bütün avadanlıq və texnikalar da bərpa olunan enerji ilə çalışır. Hətta Bəhruz Şıxbalayevin elektrikli motosikleti də günəş enerjisi ilə şarj edilir.
Daha ətraflı videoda:
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu