“Hər gün oğul atasını, ər arvadını, qardaş bacısını bıçaqladı xəbərlərinə rast gəlirik. Bunun qarşısı alınmalıdır. Bu gün bu sahə ilə maarifləndirmə işləri aparacaq olan informasiya kanallarında qızışdırıcı verilişlər yayımlanır”.
Bizim.Media xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.
Milli Məclisin üzvü bəzi televiziya kanallarında yayımlanan sosial verilişlərdəki aparıcı və ekspertlərin fəaliyyətini pisləyib:
“Bir nəfər oturub orada həm prokurordur, həm vəkildir, həm polisdir. Sən bir verilişin aparıcısısan, hamıya ağıl verirsən, hamıya dərs keçirsən, prokurordan, polisdən, məhkəmədən nəsə tələb edirsən. Sən aparıcısan, hüquq təhsilin yoxdur.
Ora dəvət olunan ekspertlər harada formalaşıblar, bu incəsənət xadimidirsə, demək ondan ekspert ola bilər?!
İkinci məsələ seriallardır. Bu serialların çəkilməsinə vəsait ayrılır ki, insanların mənəvi aləmini zənginləşdirsin. Keçmişdə oğlanlar Koroğluya, Babəkə, qızlar-gəlinlər Həcərə oxşamaq istəyirdilərsə, indi onlar bu serial qəhrəmanlarına oxşamaq istəyirlər. O özəl televiziyaya heç kəs ixtiyar verməyib ki, millətin mənəviyyatına toxunsun”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:27 / 07.11.2024
Siyavuş Novruzovdan bəzi aparıcılara SƏRT TƏNQİD: “Hamıya ağıl verib, dərs keçirlər”
Hazırda oxunan: Siyavuş Novruzovdan bəzi aparıcılara SƏRT TƏNQİD: “Hamıya ağıl verib, dərs keçirlər”
Hazırda oxunan: Siyavuş Novruzovdan bəzi aparıcılara SƏRT TƏNQİD: “Hamıya ağıl verib, dərs keçirlər”
219657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.