Gəncədə yaşayış evində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə H.Z.Tağıyev küçəsi, 2-ci dalan, 15 ünvanında 76 yaşlı Antonina Bayramovaya məxsus yaşayış evində qeydə alınıb.
Nitqi qüsurlu olan ev sahibinin səssiz fəryadına qonşular reaksiya verib və dərhal yanğınsöndürən briqadası çağırılıb.
Əraziyə gələn yanğınsöndürənlər alovu vaxtında ram edə bilib və ətraf tikililərə keçməsinin qarşısı alınıb.
İlkin versiyaya görə, üç otaqdan ibarət evdə yanğın nəticəsində televizor və bir neçə məişət avadanlığı yanaraq yararsız hala düşüb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu