Xaçmazda baş verən zəhərlənmənin təfərrüatı AÇIQLANDI

Xaçmazda baş verən zəhərlənmənin təfərrüatı AÇIQLANDI

Hazırda oxunan: Xaçmazda baş verən zəhərlənmənin təfərrüatı AÇIQLANDI

218253

Xaçmazda baş verən zəhərlənmənin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə zamanı dünyasını dəyişən İlahə Bayramova Bakı sakini olub.

Nabrana rəfiqəsi ilə istirahətə gələn 47 yaşlı İlahə Bayramova Günel Abdullayeva ilə meşədən göbələk yığıb yeyiblər.

Mənşəyi bilinməyən göbələk yeyən rəfiqələrdən biri ölüb, Günel Abdullayeva isə hazırda Bakı Toksikologiya Mərkəzində müalicə olunur.

Onun vəziyyətinin ağır olduğu deyilir.

Qida Təhlükəsizliyi Agentliyi və rayon prokurorluğu araşdırma aparır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO