İslamın simvolu yaşıldırsa, qara geyimə niyə daha çox üstünlük VERİLİR?

İslamın simvolu yaşıldırsa, qara geyimə niyə daha çox üstünlük VERİLİR?

Hazırda oxunan: İslamın simvolu yaşıldırsa, qara geyimə niyə daha çox üstünlük VERİLİR?

218155

Rənglərin insan psixologiyasına ciddi təsiri var. Bu barədə elmi tədqiqatlar da aparılıb. Belə ki, bədbinlik yaradan, müsbət enerji verən rənglər var. Maraqlıdır ki, islam ölkələrində daha çox qara geyimə üstünlük verirlir. Xüsusilə də, şəriətlə idarə olunan ölkələrdə qadınların əksəriyyəti qara və qapalı geyimlərə üstünlük verirlər.

Bəs, islamda rənglərlə bağlı hansı qaydalar var?
 

MÖVZU İLƏ BAĞLI:

Qaraya bürün, ellə sürün – Əksəriyyət niyə tünd rəngli geyimlərə ÜSTÜNLÜK VERİR?


İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, İslam dinində əsasən yaşıl, sarı, ağ rəngə üstünlük verilir:

“Məhəmməd peyğəmbər əsasən yaşıl rəngə üstünlük verib. Əmmaməsi yaşıl olub çox zamanlar. Peyğəmbər üç şeyə baxmağın göz nurunu artırdığını buyurub:

“Kəbəyə baxmaq, göy üzünə baxmaq, yaşıllığa tamaşa etmək...”

Əhli Beytdən nəql edilən rəvayətlərə görə, sarı rəng qəm-kədəri uzaqlaşdıran rəngdir. Qara rəng bədbinlik rəngidir və buna çox üstünlük verilmir. Əsasən sinə nahiyəsini örtən qara rəngli geyimlər müsbət enerjinin qarşısını alır. İnsan qara geyinsə, belə sinə hissəni açıq rəngli paltarla örtməlidir. Ağ rəng münasibdir. Ölülər də adətən ağ rəngli parça ilə kəfənlənir.

Qadınların qara çarşab taxması islamda yoxdur. Qədim zamanlarda yəhudi qadınlar qara çarşab geyinirlər. Hətta Osmanlı zamanında sultanlar qadınların qara çadra örtməsini islamın deyil, yəhudiliyin rəmzi olduğu üçün yasaqlamışdılar. Odur ki, bu adət Türkiyədə hələ də davam edir. Qadınlar adətən rəngli parçalardan hicab örtürlər.

Qara rəng islamda bəyənilmir.

Yas və matəm zamanı da qara geyinmək Peyğəmbər hədislərində xristianların adəti kimi qeyd edilir. Abbasilərin bayrağı qara rəngdə idi, o zamandan qara rəng çox istifadə edilməyə başladı. Halbuki bu, islamda münasib görülmür”.

Müsahibimiz onu da əlavə edib ki, İslam dinində matəm rəngi deyə anlayış da yoxdur:

“Bəzi dinlərdə yas zamanı qara geyinirlər. Peyğəmbər əsla belə bir ənənə qoymayıb. Bu, xristianlıqdan keçmədir. Əsasən, fars ruhani kastası qara əmmamə və qara əbaya üstünlük verirlər ki, bu da dinlə əlaqəli deyil. Bu, onların başqalarından fərqlənmək üçün bir şüarıdır, rəmzidir. Peyğəmbər nəslindən olan şəxslər tarix boyu qara yox, yaşıl əmmamə geyinib, yaşıl qurşaq bağlayıblar. Qırmızı rəng də o qədər müsbət qarşılanmır. Ola bilsin çox cəlbedici olduğu üçün belədir.

Al-əlvan rənglər, cəlbedici geyimlər bəyənilmir. Çünki insanın əsasən mənəvi keyfiyyətləri ilə seçilməsi vacibdir. Diqqəti zahiri görkəmə deyil, insani xüsusiyyətlərə vermək gərəkir. Qırmızı və sarı geyim haqda bəzi məkruh deyən rəvayətlər də var. Kafirlərin o dövrki geyim rəngləri olduğu üçün belə deyildiyi şübhəsizdir. Yəni, Peyğəmbər hər bir halda mənfur qövmün adətini təkrar etməməyi tövsiyə edirdi. Onun qara rəngli əmmamə geydiyi də olub. Məkkənin fəthi zamanı. Amma adət halına salmayıb, haram etməyib. Sadəcə tövsiyə edib ki, əsasən ağ geyinin, ölülərinizi ağ parça ilə kəfənləyin. Hətta Həcc zamanı ehram da ağ parçadan olur.

Hər bir halda ağ, mavi, yaşıl rənglər işıq, nur, cənnəti xatırladan rənglərdir.

Qadınların zil qara çadraya bürünməsi ərəblərin milli adətidir ki, onlara da yəhudilərdən keçib. Kişilərin zil qara geyinməsi də İslamda yoxdur, bu da xristian din xadimlərindən keçib. Müsəlmanlar əsasən yaşıl, ağ, mavi rəngə üstünlük verməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO