Bakıda binalara vaxtından əvvəl istilik verilə BİLƏRMİ? – Rəsmi AÇIQLAMA

Bakıda binalara vaxtından əvvəl istilik verilə BİLƏRMİ? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bakıda binalara vaxtından əvvəl istilik verilə BİLƏRMİ? – Rəsmi AÇIQLAMA

218146

Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bəzi rayonlara ilk qar yağıb, paytaxtda isə aramsız yağış yağmaqdadır. Temperatur da oktyabr ayının ilk yarısı ilə müqayisədə aşağı enib.

Ölkədə istiliyin verilməsinə isə noyabr ayının 15-dən başlanılır. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü ildə “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərara əsasən, 15 noyabr tarixində istilik mövsümü başlayır və aprelin 15-də yekunlaşır. Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında isə istilik mövsümü noyabrın 1-i başlayır və mayın 1-i yekunlaşır.

Bəs xüsusi hallar nəzərə alınırmı? Hansı halda istilik vaxtından əvvəl verilə bilər?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda istilik mövsümü nə vaxt başlayacaq?


Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı Bizim.Media-açıqlamasında bildirib ki, temperatur bir neçə gün 8 dərəcədən aşağı olduğu halda istilik verilə bilər:

“Əgər havanın temperaturu noyabrın 15-dən əvvəl 5 gün ardıcıl 8 dərəcədən aşağı olarsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin növbəti günlər üçün də proqnozlarında havanın temperaturu aşağı göstərilərsə, qazanxanaların vaxtndan əvvəl işə salınmasına baxıla bilər”.

O, məktəb və bağçalarda indiki halda istiliyin tez verilməsi sualına da aydınlıq gətirib:

“İstilik mövsümü əhali və qeyri-əhali qrupu üçün eyni vaxtda başlayır. Yəni dediyim norma qeydə alınarsa, “Azəristiliktəchizat” ASC-nin balansında olan mənzillərə, bağça və məktəblərə vaxtından əvvəl eyni vaxtda istilik verilə bilər”.

Xatırladaq ki, Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər ,Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı,  Siyəzən, Şabran, Şuşa və Yardımlı rayonlarına istilik noyabr ayının 1-dən may ayının 1-dək verilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO