Son illər gənclər arasında ani ürək tutmasından ölümlərin sayı çoxalıb. Statistikalar göstərir ki, bu hal təkcə Azərbaycanda deyil, bütün dünyada artıb.
Bir sözlə qəfil ürək tutmasından gənclərin ölümü hazırda bütün dünya səhiyyəsinin gündəmindədir.
Bizim.Media xəbər verir ki, ABŞ-ın məşhur Klivlend Klinikası və Cənubi Kaliforniya Universiteti tərəfindən aparılan yeni araşdırma COVID-19-a yoluxan gənclərdə infarkt riskinin 2 dəfə artdığını göstərib.
Təbii ki, bu məlumat diqqətin COVID-19-a yönəlməsinə səbəb olub. Ani ölümlərin bir səbəbi bu olsa da, başqa məqamlar da ölüm yaşının gəncləşməsinə şərait yaradır. Gənclər arasında insulin müqavimət, artıq çəki və piylənmə problemləri də artıb. Digər tərəfdən, gənc əhali arasında siqaret və spirtli içkilərin vərdişə çevrilməsi, hərəkətsizlik də ani ürək tutmasından baş verən ölümlərdə rol oynaya bilər.
Nuray, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:06 / 26.10.2024
Koronavirusa yoluxan gənclərdə infarkt riski iki dəfə ARTIB – ARAŞDIRMA
Hazırda oxunan: Koronavirusa yoluxan gənclərdə infarkt riski iki dəfə ARTIB – ARAŞDIRMA
Hazırda oxunan: Koronavirusa yoluxan gənclərdə infarkt riski iki dəfə ARTIB – ARAŞDIRMA
217842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.