"Daşkəsən şəhər M.Əsədov küçəsi bina 14, mənzil 6-da baş verən partlayış zamanı binanın morfoloji quruluşunda ciddi dəyişiklik olmayıb. Rayon Fövəladə Hallar Komissiyası olaraq aidiyyatı təşkilatlarla birlikdə mənzilə və binaya bağış keçirildi. Partlayışın səbəbləri müəyyənləşdirilir".
MÖVZU İLƏ BAĞLI:
Daşkəsəndə partlayışda xəsarət alan şəxsin SON DURUMU – FOTO
Bizim.Media-nın yerli bürosuna bu açıqlamanı Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev verib.
Onun sözlərinə görə Daşkəsən rayon icra hakimiyyəti zərər dəymiş mənzilin bərpasına lazımi köməklik göstərəcək və xəsarət alan N.Sadiqovun səhhətini nəzarətdə saxlayacaq.
Qeyd edək ki, bu gün gecə saatlarında Daşkəsən şəhərinin M.Əsədov küçəsində 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış baş verib. Hadisə yerinə FHN Daşkəsən şəhər yanğından mühafizə bölməsinin, hüquq-mühafizə orqanlarının, təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunublar.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu