Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda müəyyən edilir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:35 / 22.10.2024
Gömrükdə xidmətə qəbulla bağlı YENİ QAYDA
Hazırda oxunan: Gömrükdə xidmətə qəbulla bağlı YENİ QAYDA
Hazırda oxunan: Gömrükdə xidmətə qəbulla bağlı YENİ QAYDA
217267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.